Bakı, 28 fevral - Azadmedia.az
Aİ ölkələri nüvə enerjisi sahəsində əməkdaşlığı artıracaq.
Avropa İttifaqına üzv olan 11 ölkə nüvə enerjisi sahəsində gələcək əməkdaşlıq haqqında razılığa gəlib.
Avropa İttifaqına üzv ölkələrin energetika nazirləri İsveçin paytaxtı Stokholmda bir araya gəliblər.
Görüş zamanı Fransa, Hollandiya, Polşa, Macarıstan, Bolqarıstan, Xorvatiya, Çexiya, Finlandiya, Rumıniya, Slovakiya və Sloveniyanın nazirləri nüvə enerjisi sahəsində əməkdaşlığı gücləndirəcəkləri barədə birgə bəyanat yayımlayıblar.
Bəyanatda, nüvə enerjisi sahəsində araşdırmaların, texniki biliklərin paylaşılmasının, ümumi standartların müəyyən edilməsinin, nüvə sənayesində əməkdaşlığın inkişaf etdirilməsinin və Avropanın nüvə potensialının artırılmasının ümumi enerji siyasətinin mühüm hədəfləri olduğu bildirilib.
Almaniya, İspaniya, Avstriya və Lüksemburq kimi ölkələr Fransanın başçılıq etdiyi 11 ölkənin nüvə əməkdaşlığı təşəbbüsünə isti yanaşmır.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.