AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rapidus Yaponiyanın şimalında çip istehsalı zavodu tikəcək - Eksklüziv

  • + A
  • - A
  • 1-03-2023, 12:06


    Rapidus Yaponiyanın şimalında çip istehsalı zavodu tikəcək -


    Bakı, 1 mart — Azadmedia.az

    Rapidus Yaponiyanın şimalında çip istehsalı zavodu tikəcək.

    Yaponiyanın yarımkeçirici çip konsorsiumu olan Rapidus, ölkənin ən şimalındakı Hokkaydo bölgəsində çip istehsalı müəssisəsi quracağını açıqladı.

    Toyota və Sony də daxil olmaqla 8 Yaponiya şirkətinin daxil olduğu yarımkeçirici çip konsorsiumu Rapidusun məlumatına görə, Hokkaydoda çip istehsalı müəssisəsi yaradılacaq.

    İnvestisiya çərçivəsində AR-GE sahəsi də daxil olmaqla 5 trilyon yen (37 milyard dollar) büdcə ayrılacaq və iki nanometr çip istehsalı hədəflənəcək. "Biz hökumətin büdcə təsdiqləmə proseduruna əsaslanan xüsusi plana ümid edirik" deyə, Rapidus-un yeni texnologiya sərmayəsi üzrə prezidenti Koike Atsuyoshi bildirib.

    Yaponiya hökuməti tərəfindən dəstəklənən və Toyota və Sony də daxil olmaqla 8 yapon şirkətinin iştirak etdiyi Rapidus konsorsiumu 2022-ci ilin avqustunda yaradılıb. Avtomobillərdən tutmuş smartfonlara, planşetlərdən oyun konsollarına qədər sənayelərarası yarımkeçirici çip çatışmazlığı qarşısında istehsalçılar investisiya qoymağa məcbur olurlar.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR