Daxili İşlər Nazirliyi həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin yazışmalarının ictimailəşməsi ilə bağlı açıqlama yayıb.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, B.Hacıyev Bakı şəhər Baş Polis İdarəsinə vəkili ilə birgə dəvət edilib, onun üzərində hər hansı elektron daşıyıcı cihaz - mobil telefon, planşet, kompüter olmayıb, evində və ofisində axtarış aparılmayıb:
"Qeyd olunan məsələlər istintaqın araşdırma predmeti təşkil etməyib. O, vəkili ilə birgə məhkəməyə aparılıb, məhkəmə qərarından sonra Bakı İstintaq Təcridxanasına köçürülüb.
Təkrar olaraq qeyd edim ki, onun şəxsi əşyalarına baxılması və yaxud köçürülməsi ilə bağlı iddiaları qəti olaraq təkzib edirik.
B.Hacıyevin şəxsi hesablarından ayrı-ayrı ictimai fəallarla bağlı yayılan məlumatlar - görüntülər və yazışmaların haradan, necə qaynaqlandığı, B.Hacıyevin onlara məxsus məlumatların arxivləşdirilməsi ilə bağlı bir neçə qadından və onların ailə üzvlərindən şikayət xarakterli müraciətlər daxil olub.
Həmin müraciətlər üzrə müvafiq araşdırmalar aparılır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.