Bakı, 1mart — Azadmedia.az
Avropa İttifaqı Komissiyası İttifaqın sərhədləri daxilində avtomobil sürücüləri üçün sürücülük vəsiqələrinin rəqəmsallaşdırılması ilə bağlı təklif hazırlayıb.
Nəqliyyatdan məsul komissar Adina Valean, Aİ Komissiyası üzvlərinin yol təhlükəsizliyi ilə bağlı iclasından sonra hazırlanan təklifləri açıqlayıb.
Komissiyanın təklifləri arasında dünyada ilk dəfə tətbiq olunacağı bildirilən “rəqəmsal sürücülük vəsiqəsi”nə keçid də var.
Təklifə əsasən, Aİ üzvləri arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını asanlaşdırmaq üçün rəqəmsal sistem tətbiq ediləcək.
Rəqəmsal sürücülük vəsiqələri başlandıqdan sonra o, mobil telefondan və ya digər rəqəmsal cihazdan əldə edilə biləcək və bütün Aİ-də etibarlı olacaq.
Aİ daxilində sürücülük vəsiqələrinin rəqəmsallaşdırılması üçün minimum tələblər daha sonra müəyyən ediləcək.
Müəyyən ediləcək uyğunlaşdırma prosesindən sonra sürücülük vəsiqələri tamamilə rəqəmsallaşdırılacaq.
Arzu edənlər kartda rəqəmsaldan əlavə sürücülük vəsiqəsini çap etdirə biləcəklər.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.