AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaponiya hökuməti Böyük Britaniya və Avstraliya ilə imzalanmış müdafiə sazişlərini təsdiqlədi - SON DƏQİQƏ

  • + A
  • - A
  • 1-03-2023, 17:54


    Yaponiya hökuməti Böyük Britaniya və Avstraliya ilə imzalanmış müdafiə sazişlərini təsdiqlədi -


    Bakı, 1 mart — Azadmedia.az

    Yaponiya hökuməti Böyük Britaniya və Avstraliya ilə imzalanmış müdafiə sazişlərini təsdiqlədi.

    Çinin Hind-Sakit okean regionunda təsirini tarazlaşdırmaq axtarışlarını davam etdirən Yaponiya hökuməti Avropa və Sakit okean ölkələri, eləcə də ABŞ ilə əməkdaşlığı genişləndirməyi hədəfləyir.

    Nikkei Asia media orqanının məlumatına görə, Tokio hökuməti Yaponiyanın 2022-ci ildə Avstraliya və bu il Böyük Britaniya ilə imzaladığı müdafiəyə giriş sazişlərinə razılıq verib.

    Qeyd edək ki, Müdafiə naziri Hamada Yasukazu bildirib ki, sazişlər Yaponiya Özünümüdafiə Qüvvələri və aidiyyəti ölkələrin orduları arasında birgə təlimləri asanlaşdıracaq.



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR