Yunanıstanın infrastruktur və nəqliyyat naziri Kostas Karamanlis dəmir yolunda baş verən fəlakətdən sonra istefa verib.
Bu haqda nazir özü açıqlama yayıb.
“Mən infrastruktur və nəqliyyat naziri vəzifəsindən istefa verirəm. Bunu bu qədər haqsız yerə həlak olan insanların xatirəsinə hörmətin minimal bir əlaməti olaraq, Yunan dövlətinin və siyasi sisteminin sonsuz səhvlərinə görə məsuliyyəti öz üzərimə götürməyi borc bilirəm”, - Kostas Karamanlis bildirib.
Qeyd edək ki, Yunanıstanın Larisa şəhərinin şimalındakı Tempi bölgəsində sərnişin qatarı ilə yük qatarı toqquşub. Sərnişin qatarının bəzi vaqonlarının relsdən çıxması və qabaq vaqonların yanması ilə nəticələnən qəzada 36 nəfər ölüb, 25-i ağır olmaqla 85 nəfər yaralanıb.
qafqaz info
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.