AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT: “Qoşulmama Hərəkatına sədrlik etdiyi üçün Azərbaycana təşəkkür edirik”

  • + A
  • - A
  • 2-03-2023, 12:26

    BMT: “Qoşulmama Hərəkatına sədrlik etdiyi üçün Azərbaycana təşəkkür edirik”


    “Qoşulmama Hərəkatı soyuq müharibə başa çatdıqdan sonra daha geniş əməkdaşlıq üçün platforma statusu qazanıb”.

    “Report” xəbər verir ki, bunu BMT-nin Cenevrə Ofisinin Baş direktoru Tatyana Valovaya Bakıda işə başlayan Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.

    “Burada BMT-nin Baş katibi Antonio Quterreşi təmsil etməkdən çox məmnunam”, - T.Valovaya bildirib.

    Onun sözlərinə görə, pandemiya Böyük Depressiyadan sonra dünyada ən böyük işsizlik problemi yaradıb, ən ağır çətinliklər isə ÜDM-i aşağı olan ölkələrin təhsil sistemində meydana gəlib.

    Pandemiya ilə mübarizədə səyləri birləşdirmək məqsədilə QH-yə sədrlik edən Azərbaycanın təşəbbüsü ilə COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupu yaradılıb.

    “Son 3 il ərzində Hərəkata üzv dövlətlər ardıcıl olaraq bütün mövcud platformalardan, o cümlədən BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasından istifadə edərək, dövlətləri vaksinlərin bərabər paylanmasını və əlçatanlığını təmin etməyə çağırıblar. Pandemiya başladıqdan qısa müddət sonra Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas tibbi və humanitar ehtiyacları haqqında məlumat bazası yaradan xüsusi işçi qrupu təsis edilib və bu, pandemiya ilə mübarizədə lazımi dəstəyin təmin edilməsində BMT-nin xüsusi agentlikləri üçün istiqamətverici rol oynayıb “, - Valovaya bildirib.

    “Azərbaycanın bu təşəbbüsü dövlətlərə COVID-19-dan sonrakı bərpa üçün birləşməyə imkan verir”, - o deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR