AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransada çörəkbişirənlər elektrik faturasının yüksək olması səbəbindən Dövlət Şurasına müraciət ediblər - SON DƏQİQƏ

  • + A
  • - A
  • 2-03-2023, 12:47

    Fransada çörəkbişirənlər elektrik faturasının yüksək olması səbəbindən Dövlət Şurasına müraciət ediblər -



    Bakı, 2 mart - Azadmedia.az

    Fransada çörəkbişirənlər elektrik faturasının yüksək olması səbəbindən Dövlət Şurasına müraciət ediblər.

    Ölkə mətbuatında yer alan xəbərlərə görə, müstəqil çörəkçilər assosiasiyası iri müəssisələr üçün elektrik enerjisinin qiymət artımını 15 faizlə məhdudlaşdıran “tarif qalxanı”nın bütün çörəkbişirənləri əhatə etməsini tələb edir.


    Dərnəyin vəkili Christof Lekviz, bütün çörəkçilərin hökumətin elektrik ödənişləri üçün nəzərdə tutulan təşviq mükafatlarından faydalanması üçün Dövlət Şurasına şikayət etdiklərini açıqlayıb.

    Dərnəkdən verilən açıqlamada, Fransada çörəkçilərin COVID-19 epidemiyası ilə çətin bir dövr keçirdikləri, xammal və enerji qiymətlərinin, xüsusilə kərə yağı, buğdanın qiymətlərinin artmasının dövriyyədə kəskin azalmaya səbəb olduğu bildirilib. Bütün bunlara səbəb karantinlər və bağlanmalar olduğunu bildiriblər.

    Açıqlamada elektrik enerjisinin bahalaşmasının qarşısını almaq üçün hökumət tərəfindən həyata keçirilən “tarif qalxanı”nın ədalətli olmadığı bildirilib və 15 faizlik artım həddinin bütün kiçik və iri çörək istehsalı müəssisələrinə tətbiq edilməsi tələb edilib.

    Açıqlamada, hökumətin gördüyü bu tədbirlərin elektrik tədarükçülərində də çaşqınlıq yaratdığı vurğulanıb və təşviq mükafatının bütün müəssisələrə tətbiq edilməməsi halında bu müəssisələrin əhəmiyyətli hissəsinin risklə üzləşəcəyinə diqqət çəkilib, qısacası iş yerlərinin bağlanması və ya işçilərin işdən çıxarılması halları baş verəcəyi bildirilib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR