AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniya ordusu NATO tələblərinə cavab vermir - Ordu hərbi hücumda milləti qoruya bilməz - SON DƏQİQƏ

  • + A
  • - A
  • 2-03-2023, 13:10


    Almaniya ordusu NATO tələblərinə cavab vermir - Ordu hərbi hücumda milləti qoruya bilməz -


    Almaniyanın müdafiə naziri, “Almaniya hərbi hücumda milləti qoruya bilməz”, deyə bildirib.

    Almaniyanın müdafiə naziri Boris Pistorius ölkə ordusunun xalqı hərbi hücumdan müdafiə etməyə hazır olmadığını bildirib. Nazir Boris Pistorius Sosial Demokrat Partiyasının digər üzvləri ilə görüşdə çıxış edib.

    “Bizim ölkəni müdafiə edəcək, yəni onu təcavüzkar, amansız müharibədən müdafiə edəcək silahlı qüvvələrimiz yoxdur. Onun sözlərinə görə, Bundesver federal hökumətin onilliklər boyu diqqətsizliyindən sonra kifayət qədər kadr və təchizatla təmin olunmayıb.

    Pistorus onu da əlavə edib ki, Almaniya NATO standartlarına çatmaq üçün ordusuna daha çox sərmayə qoymalıdır.

    Alman ordusunun komandiri və ən yüksək rütbəli zabiti general-leytenant Alfons Mais bazar günü DPA mətbuat agentliyinə kansler Olaf Şolzun əvvəllər vəd etdiyi 100 milyard avronun ölkənin silahlı qüvvələrini müharibəyə hazırlamaq üçün kifayət etməyəcəyini deyib.

    Alman Silahlı Qüvvələri İttifaqının sədri polkovnik Andre Vustner Bundesverin müharibəyə hazır olması ilə bağlı başqa açıqlamalar verib və Bild-ə verdiyi müsahibədə anbarda olan təxminən 300 Leopard 2 tankının yalnız 30 faizinin hazır olduğunu iddia edib.
    Qaynaq - Russian Today
    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR