AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Danimarkadakı "Kiçik Su pərisi" heykəli Rusiya bayrağının rənglərində vandalizmə məruz qaldı - Eksklüziv

  • + A
  • - A
  • 2-03-2023, 17:43

    Danimarkadakı "Kiçik Su pərisi" heykəli Rusiya bayrağının rənglərində vandalizmə məruz qaldı -


    Danimarkadakı Kiçik su pərisi Rusiya bayrağının rənglərinə boyanaraq vandalizmə məruz qalıb. Kopenhagen polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.

    Qırmızı, ağ və mavi bayraq rəngləri Hans Kristian Andersenin nağıl qəhrəmanının heykəlinin yerləşdiyi qayaya çəkilib.

    Kopenhagen polisi AFP-yə bildirib ki, onlar səhər saatlarında hadisə yerində olublar və hadisəni vandalizm hadisəsi kimi qeydə alıblar, ərazidə izlər olub-olmadığını araşdırıblar.

    Cümə axşamı səhər bir neçə turist dağıdılmış heykəlin fotosunu çəkib.


    Danimarka şairi və yazıçısı Andersenin 1837-ci ildə eyniadlı nağılının personajından ilhamlanan “Kiçik su pərisi” heykəltəraş Edvard Eriksenin hazırladığı 175 kiloqramlıq heykəldir.

    Nisbətən tənha sahil zolağında yerləşən heykəl 1964 və 1998-ci illərdə su pərisinin başının oğurlanması və 1984-cü ildə qolunun kəsilməsi də daxil olmaqla, illər ərzində dəfələrlə vandalizmə məruz qalıb.

    Sonuncu dəfə 2020-ci ildə heykəlin üzərində "İrqçi balıq" yazısı yazılıb.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR