Bakı, 2 Mart - Azadmedia.az
Türkiyədə baş verən zəlzələlərin maqnitudası beynəlxalq medianın gündəmində qalmaqda davam edir. ABŞ-da yerləşən Washington Post qəzeti fəlakətin miqyasını açıqlayan xəbər dərc edib.
Qəhrəmanmaraşda baş verən zəlzələni yaxından təqib edən ABŞ-da yerləşən “Vaşinqton Post” qəzeti dağıntıların miqyasına diqqət çəkib.
Xəbərlərdə,"Son zəlzələlər 2010-cu ildə Haitidə baş verən zəlzələdən 10 dəfə çox dağıntı buraxıb. Dağıntıların təmizlənməsi üçün işlər davam edir. Əsasən beton, polad və digər tikinti materiallarından ibarət dağıntılar, "Bir metr dərinlik Vaşinqtonun təxminən yarısını əhatə edə bilər." - Deyə qeyd edilib.
Bundan əlavə, BMT-nin İnkişaf Proqramının proqnozlarını dərc etməklə, bildirilib ki, zəlzələlər Türkiyədə təxminən 100 milyon kubmetr dağıntı yaradıb ki, bu da yaxın keçmişdəki hər hansı digər təbii fəlakətdən çoxdur.
Son zamanlar baş verən təbii fəlakətlərə diqqət çəkən WP, 2015-ci ildə Nepalda oxşar dağıntının baş verdiyini və sözügedən zəlzələnin 27 milyon kubmetr dağıntı yaratdığını bildirib.
Zəlzələdən zərər çəkmiş bölgənin bir çox mədəni irsə də ev sahibliyi etdiyini qeyd edən qəzet, UNPD-nin bölgədə fəal rol aldığını yazıb.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.