Bakı, 2 mart - Azadmedia.az
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyan Yeni Strateji Silahların Azaldılması Müqaviləsinə dair Cenevrədə ABŞ nümayəndə heyəti ilə görüşdüyünü bildirib.
TASS xəbər agentliyinin verdiyi məlumata görə, Ryabkov İsveçrənin Cenevrə şəhərində keçirilən mətbuat konfransında ABŞ nümayəndə heyəti ilə görüş keçirdiyini qeyd edib.
Peşəkar görüş keçirdiyini bildirən Ryabkov deyib ki, “Təbii ki, diqqət Yeni START və onun ətrafında baş verən hadisələrə yönəldilib.”
Ryabkov bildirib ki, Britaniya və Fransa nümayəndələri ilə görüş nəzərdə tutulmayıb.
Lakin Rusiya prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisdəki çıxışında Rusiyanın ABŞ ilə Yeni START-da iştirakını dayandırdıqlarını, daha sonra bu müqaviləni dayandıran qanunu imzaladıqlarını açıqlamışdı.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.