Bakı, 1 mart — Azadmedia.az
Çin 44 texnoloji sahədən 37-də ABŞ-ı qabaqlayır.
Avstraliyada yerləşən “beyin mərkəzi” təşkilatının araşdırmasına görə, Çin 44 texnologiya sahəsindən 37-də ABŞ-ı qabaqlayır.
Son illərdə texnologiyaya qoyduğu böyük sərmayələrlə böyük texnologiya şirkətlərini dünya səhnəsinə çıxaran Çin, bir çox sahədə hakimliyini davam etdirir.
ASPİ-nin hesabatına görə, Çin pilotsuz təyyarələr, maşın öyrənmə, elektrik batareyaları, nüvə enerjisi, kvant sensorları və qabaqcıl məlumatların təhlili, süni intellekt alqoritmləri, qabaqcıl robotlar, avtonom sistemlər və sintetik biologiya kimi bir çox sahədə ABŞ-ı qabaqlayır.
Birləşmiş Ştatlar qabaqcıl inteqral sxemlərin dizaynı və istehsalı, yüksək performanslı hesablamalar, təbii dil emalı, kvant hesablamaları, peyvənd və tibbi tədbirlər, kiçik peyklər və kosmosa buraxılış sistemlərində liderlik edir.
Hesabatda Türkiyənin bəzi texnologiya kateqoriyalarında dünyanın ilk 10 aparıcı ölkəsi arasında olduğu bildirilsə də, bu kateqoriyalardan hansının olduğu barədə məlumat verilməyib.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.