Bakı, 3 mart - Azadmedia.az
İsrail Türkiyəyə zəlzələdən zərərçəkənlər üçün 630 çadır göndərib.
İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, çadırlar nazirliyin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi (Mashab) vasitəsilə Adanaya çatdırılıb.
İsrailin Türkiyədəki səfirinin müavini Nadav Markmanın da qatıldığı mərasimdə çadırların AFAD rəsmilərinə təhvil verildiyi bildirilib.
Yardım İsrailin xarici işlər naziri Eli Koenin təxminən iki həftə əvvəl, Türkiyəyə səfərindən sonra bölgədə hökm sürən əlverişsiz hava şəraitində çadırlara ehtiyacın ön plana çıxdığı qeyd edilib.
Çadırların zəlzələdən zərər çəkmiş bölgələrdən biri olan Osmaniyedə qurulacağı bildirilib.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.