AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya kəşfiyyatı ukraynalı diversantların görüntülərini yaydı - Eksklüziv

  • + A
  • - A
  • 3-03-2023, 22:31

    Rusiya kəşfiyyatı ukraynalı diversantların görüntülərini yaydı -



    Rusiya kəşfiyyatı ukraynalı diversantların görüntülərini yayıb.

    Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna ilə sərhəddəki Bryansk bölgəsində ukraynalı diversantlar tərəfindən həyata keçirildiyi bildirilən basqın zamanı hədəfə alınan mülki avtomobillərin və istifadə edilən partlayıcı maddələrin görüntülərini yayımlayıb.

    Rusiyanın Ukrayna ilə sərhədindəki Bryansk vilayətində təxminən 50 nəfərdən ibarət Ukrayna təxribat qrupu tərəfindən həyata keçirildiyi iddia edilən iki kəndlə bağlı istintaq davam edir. Rusiya Federal Təhlükəsizlik Xidməti, Ukrayna təxribatçılarının bölgədəki mülki insanları hədəf aldığı və 2 nəfərin öldüyü bildirilən hücumun görüntülərini yayıb.

    Görüntülərdə mülki avtomobilin sürücüsünün sükan arxasında öldüyü görünərkən, avtomobildəki güllə izləri də diqqət çəkib. Oxşar görüntülər bölgədəki başqa bir avtomobildə də kameraya düşüb. Bundan əlavə, videoda qeyd olunan ağaca bərkidilmiş əldəqayırma partlayıcıdan ukraynalı diversantların istifadə etdiyi bildirilir.

    Sərhəd bölgəsində baş verən hadisədən sonra yaranan qarşıdurmada diversant qrupun Ukraynaya qaçdığı iddia edilib.

    Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin ukraynalı təxribatçıların Rusiya ərazisinə sızdığı hücumu "terror aktı" kimi qiymətləndirərək, Ukraynadakı neonasist qruplaşmaların Rusiya qüvvələri tərəfindən "əziləcəyini" bəyan edib.
    Həmçinin təxribat qrupunun hücumu nəticəsində 10 yaşlı uşağın yaralandığı bildirilib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR