Bakı, 6 mart - Azadmedia.az
Somalidə Türkiyədə zəlzələdən zərər çəkənlər üçün başladılan yardım kampaniyasında təxminən 90 milyon lirə toplanıb.
Somalinin daxili işlər naziri Əhməd Moallim Fiqi paytaxt Moqadişuda verdiyi açıqlamada fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdən zərər çəkənlər üçün təşkil edilən "Somali-Türkiyə bir ürək" kampaniyasında təxminən 4,8 milyon dollar (90 milyon lirə) toplandığını açıqlayıb. Təbii ki, Somali hökumətinin və xalqının töhfələri ilə.
Fiqi, kampaniyaya 5 milyon dollar toplamaq məqsədi ilə başladıqlarını və ianələri qəbul etməyə davam edəcəklərini bildirdi.
Somalinin baş naziri Həmzə Abdi Barre, Somali xalqına verdikləri dəstəyə görə təşəkkür edərək, "Türkiyədə baş verən fəlakətdən öyrəndik ki, Somali xalqı birləşdiyi zaman hər şeyi edə bilər" dedi.
Qeyd edək ki, ölkədəki bir çox iş adamı, fond və dərnək Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım kampaniyası başlatmışdı.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.