Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin", - rəsmi açıqlamada bildirilib.
Qeyd edək ki, minaya düşərək şəhid olan hərbçi Kamran Hüseynov Neftçala sakinidir. O, 1995-ci il təvəllüdlüdür, evin tək oğlu olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.