Bakı, 6 mart - Azadmedia.az
Estoniyada keçirilən ümumi seçkilərdə İslahat Partiyası qalib gəlib.
Baltikyanı Estoniyada keçirilən ümumi seçkilərdə hakim İslahat Partiyası 31,2 faiz səslə birinci yeri tutub.
Bütün səslərin hesablandığı seçkinin ilkin nəticələrinə görə, 31,2 faiz səs toplayan Baş nazir Kaja Kallasın rəhbərlik etdiyi İslahatlar Partiyası 101 yerlik parlamentdə 37 yerin sahibi olub.
Kallas paytaxt Tallinndə deyib: "Hələ yekun olmayan bu nəticə bizə yaxşı hökumət qurmaq üçün güclü mandat verəcək". dedi.
2019-cu il seçkilərində səslərin təxminən 18 faizini qazanaraq və üçüncü böyük partiyaya çevrilərək ölkə siyasətinin əsas axınına daxil olan ifrat sağçı populist EKRE, 16,1 faiz səslə ikinci olub və parlamentdə 17 yer qazanıb.
900 mindən çox seçicinin olduğu Estoniyada 9 siyasi partiyanın iştirak etdiyi seçkilərdə Mərkəz Partiyası 15,3 faiz səslə üçüncü yeri tutub.
Seçkilərdə iştirakın 63,7 faiz olduğu seçkidə 6 partiya parlamentə daxil olmaq üçün tələb olunan 5 faizlik baryeri keçib.
Rusiyanın Ukraynaya təcavüzündən sonra milli təhlükəsizlik və sosial-iqtisadi problemlər, xüsusilə yaşayış xərcləri seçki kampaniyalarının əsas mövzusuna çevrildi.
Kallasın rəhbərlik etdiyi sağ mərkəzçi İslahat Partiyası müharibə zamanı Avropada Ukraynanın ən açıq dəstəkçisi kimi tanınıb.
1991-ci ildə Sovet İttifaqından çıxdıqdan sonra NATO və Avropa Birliyinə daxil olan 1,3 milyon əhalisi olan ölkədə mövcud hökumət
Kallasın partiyası ilə birlikdə mühafizəkar Vətən Partiyası və Sosial Demokratların koalisiyasında yaradılıb.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.