Bakı, 7 mart - Azadmedia.az
İqlim dəyişikliyi Almaniyaya 900 milyard avroya başa gələ bilər.
İqlim dəyişikliyinin səbəb olduğu ekstremal hava şəraitinin 2050-ci ilə qədər Almaniyaya 900 milyard avroya qədər iqtisadi ziyan vura biləcəyi hesablanıb.
İqtisadi araşdırma şirkətləri Prognos və GWS və Almaniyanın Ətraf Mühit, İqtisadiyyat və İqlim Mühafizəsi nazirlikləri üçün Almaniyanın Ekoloji İqtisadi Tədqiqatlar İnstitutu ölkədə iqlim dəyişikliyinin nəticələrinin xərcləri haqqında, “İqlim dəyişikliyi: 2050-ci ilə qədər iqtisadi nəticələrin xərcləri və ssenari təhlili” adlı hesabat dərc olunub.
Hesabata görə, 2000-ci ildən 2021-ci ilə qədər iqlim dəyişikliyi böhranının nəticələri Almaniyaya ən azı 145 milyard avro iqtisadi ziyan vurub.
Tədqiqatçılar 2050-ci ilə qədər ölkədə qlobal istiləşmənin dərəcəsindən asılı olaraq 280-900 milyard avro həcmində məcmu iqtisadi itkilər gözləyirlər.
Zərərlərə kənd təsərrüfatı məhsullarının itirilməsi, güclü yağış və daşqınlar nəticəsində binaların və infrastrukturun zədələnməsi və ya dağılması, yüklərin daşınmasının pozulması və səhiyyə sisteminə təsir daxildir.
İqlim dəyişikliyində iqtisadi cəhətdən ölçülə bilən zərərlərə əlavə olaraq, hesabatda iqlim dəyişikliyinin digər zərərləri kimi sağlamlıq pozğunluqları, həddindən artıq istilər və daşqınlar nəticəsində ölümlər, ekosistemlərdəki stresslər, biomüxtəlifliyin itməsi və həyat keyfiyyətinin aşağı düşməsi qeyd edilib.
Tədqiqatdakı modelləşdirməyə görə, son 20 ildə həddindən artıq istiləşmə və daşqın kimi ekstremal hadisələrin orta illik xərcləri 2050-ci ilə qədər hər il bir yarımdan beş dəfəyə qədər artacaq. Bu itkilər 2050-ci ildə ümumi daxili məhsulun 0,6-1,8 faizini təşkil edəcək.
Almaniyanın Ətraf Mühit Nazirliyinin müşaviri Kristian Rohled “İqlim böhranının nəticələri Almaniyanın rifahına əhəmiyyətli dərəcədə təsir edir” şərhini verib.
Ekosistemlərin dayanıqlığını artırmaq üçün iqlimə iddialı investisiyaların əhəmiyyətinə diqqət çəkən Rohled, bu investisiyaların insanları qorumağa xidmət edəcəyinə diqqət çəkdi.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.