Bakı. 7 mart - Azadmedia.az
Pakistanın Bəlucistan əyalətində polis maşınına intiharçı hücumu nəticəsində 9 polis məmuru həyatını itirib, 11-i yaralanıb.
Son aylar Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb. İslamabad bildirir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan bu iddiaları rədd edir.
Qeyd ddək ki, Yanvarın 30-da da Pakistanın Peşəvər şəhərində günorta namazı zamanı məscidə intiharçı hücumu nəticəsində əksəriyyəti polis olmaqla 102 nəfər həlak olmuşdu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.