AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsveçdə yeni antiterror qanun layihəsi parlamentə təqdim olunacaq - SON DƏQİQƏ

  • + A
  • - A
  • 9-03-2023, 12:31

    İsveçdə yeni antiterror qanun layihəsi parlamentə təqdim olunacaq -



    Bakı, 9 mart — Azadmedia.az


    Bu gün İsveçdə yeni antiterror qanun layihəsi parlamentə təqdim olunacaq.

    İsveçdə terrorizmlə mübarizə üzrə yeni cinayət məcəlləsinin layihəsi bu gün parlamentin təsdiqinə təqdim olunacaq.

    Ölkədə terror təşkilatlarına üzv olmanın cinayət hesab edilməsini nəzərdə tutan qanun layihəsində terror fəaliyyətlərində iştirak edən və terror təşkilatları ilə əməkdaşlıq edən şəxslər 4 ilə qədər həbs cəzası alacaq.

    Qanun layihəsinə görə, terror təşkilatını dəstəkləmək, gücləndirmək və ya təşviq etmək məqsədi ilə fəaliyyətlərdə iştirak edənlər ən çox 4 il həbs cəzası ala bilərlər.

    Ağırlaşdırıcı səbəblər varsa, bu cinayətlərə görə cəza minimum 2, maksimum 8 il həbs olacaq.

    Silah, sursat, yanar və partlayıcı materiallar, nəqliyyat dəstəyi, torpaq və əmlakın terror təşkilatına icarəyə verilməsi kimi cinayətlərdə iştirak edənlərə 4 ilə qədər həbs cəzası verilə bilər.

    Bu cinayətlər üçün ağırlaşdırıcı səbəblər varsa, 1,5 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.

    Qanun layihəsi hakimiyyət orqanlarına terror təşkilatlarını maliyyələşdirən və ya başqa yolla dəstək verən insanları həbs etmək və mühakimə etmək üçün daha geniş səlahiyyətlər verir.

    Qanun layihəsi qanuna çevrilərsə, iyunun 1-dən qüvvəyə minəcək.


    Qeyd edək ki, Hökumət Türkiyənin tələbi ilə bağlı əlavə addımlar atmağı öhdəsinə götürmüşdü. İsveç parlamentinin 2022-ci il noyabrın 16-da təsdiq etdiyi antiterror qanunlarını sərtləşdirən konstitusiya dəyişikliyi 2023-cü il yanvarın 1-dən qüvvəyə minib. Konstitusiya dəyişikliyi ilə terrorla mübarizənin yolunu açan hökumət Türkiyənin NATO-ya üzvlük üçün əsas tələblərindən biri olan terrorla mübarizə qanununun sərtləşdirilməsi çərçivəsində əlavə addımlar atacağını açıqlayıb.


    İsveç parlamentinin 2022-ci ilin noyabrında qəbul etdiyi anti-terror qanunlarını sərtləşdirən konstitusiya dəyişikliyi Ankara tərəfindən terror təşkilatlarının fəaliyyətini dayandırmaq üçün yetərsiz hesab edilmişdi.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR