AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yunan narkotacir məhkum Nalmpantisin ölkəsinə təhvil verilməsi prosesi başladı - SON DƏQİQƏ

  • + A
  • - A
  • 9-03-2023, 12:53

    Yunan narkotacir məhkum Nalmpantisin ölkəsinə təhvil verilməsi prosesi başladı -




    Bakı, 9 mart - Azadmedia.az

    Martın 1-də Yunanıstanda baş verən qatar qəzasında narkotik cinayətlərinə görə məhkum olunan sürücü Nikos Nalmpantisin atası Dimitros Nalmpantisin ölkəsindəki həbsxanaya köçürülməsi tələbi ilə Ədliyyə Nazirliyi lazımi işlərə başlayıb.

    Belə ki qəzada 57 adam həyatını itirmişdi.

    Ədliyyə Nazirliyindən aldığı məlumata görə, Yunanıstanda qatar qəzasında həyatını itirən Nikos Nalmpantisin Ədirnə 1-ci Ağır Cəza Məhkəməsi tərəfindən “narkotik ticarəti” ittihamı ilə həbs cəzası alan atası Dimitrios Nalmpantisin məhkum olduğu Tekirdağ Cəza Müəssisəsindən ölkəsindəki həbsxanaya köçürülməsini istəyib.

    Dimitrios Nalmpantisin transfer ərizəsi Yunanıstan Ədliyyə Nazirliyinə göndərilib. Yunanıstan Ədliyyə Nazirliyindən cavab alınacağı təqdirdə Nalmpantis bu ölkədəki həbsxanaya köçürüləcək.


    Qeyd edək ki, Ədliyyə naziri Bəkir Bozdağın təsdiqi ilə təhvil Türkiyə ilə Yunanıstan arasında məhkumların təhvil verilməsinə dair razılaşma çərçivəsində həyata keçiriləcək.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR