AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Braziliyada kişi və qadınlar arasında əmək haqqı bərabərsizliyini aradan qaldıracaq Qanun - Eksklüziv

  • + A
  • - A
  • 9-03-2023, 13:16

    Braziliyada kişi və qadınlar arasında əmək haqqı bərabərsizliyini aradan qaldıracaq Qanun -



    Bakı, 9 mart — Azadmedia.az


    Braziliyada kişi və qadınlar arasında əmək haqqı bərabərsizliyini aradan qaldıracaq qanun gündəmdədir.

    Braziliya prezidenti Luiz İnasio Lula da Silva ölkəsində qadın işçilərə qarşı əmək haqqı bərabərsizliyini aradan qaldırmaq üçün hazırlanan yeni qanun layihəsini açıqlayıb.

    Prezident Lula da Silva, 8 Mart münasibəti ilə paytaxt Braziliyanın Planalto sarayında keçirilən mərasimdə "əvvəlki hökumət dövründə ölkədə qadın hüquqlarının aşağı düşməsini aradan qaldırmaq üçün" qadın hüquqlarına dair 25-dən çox qanun layihəsinin yeni paketini təqdim etdi.

    Belə ki bu qanun layihəsi Beynəlxalq Qadınlar Günü elan edilib.

    Bildirilib ki, elan edilən paketdə ən mühüm məsələ eyni işi görən kişi və qadınlara bərabər əmək haqqını təmin edən qanun layihəsi olub.

    Qeyd edək ki, mərasimdə çıxış edən Lula da Silva, keçmiş prezident Cair Bolsonaronun rəhbərlik etdiyi hökumətin "dövlət siyasətini məhv edən, əsas büdcə resurslarını kəsən və qadınlara qarşı zorakılığı motivasiya etdiyi üçün hörmətdən kənar biri olduğunu” söyləyib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR