Bakı, 9 mart — Azadmedia.az
ABŞ Konqresinin Nümayəndələr Palatası Amerika qoşunlarının Suriyadan çıxarılmasını tələb edən qanun layihəsinə səs verib.
ABŞ Konqresinin aşağı palatası - Nümayəndələr Palatası respublikaçı deputat Mett Gaetz tərəfindən təqdim olunan prezident Co Baydeni bütün Amerika qoşunlarını Suriyadan çıxarmağa çağıran qanun layihəsinə səs verildi.
Qanun layihəsi 103 “hə” səsinə qarşı 321 “xeyr” səsi ilə rədd edilib.
Demokratlardan 56, Respublikaçılardan isə 47 deputat qanun layihəsini dəstəkləyib.
Gaetz deyib ki, amerikalılar təəccüblənə bilər ki, Suriya necə böyük güclərin rəqabət meydanına çevrilib, o bununla, Suriyada baş verən mürəkkəb tənliyə işarə edib.
Suriya rejiminin öz xalqına atəş açması ilə başlayan hadisələrdə Körfəz ölkələrinin müxaliflərə verdiyi dəstəyi xatırladan Gaetz, İranın təkcə Suriyaya dəstək vermədiyini, Hizbullahı da meydana çıxararaq Suriyanı işğal etdiyini qeyd edib.
Gaetz Rusiyanın da müdaxilə etdiyini və beləliklə də Şərqi Aralıq dənizinə enərək mənzərəni daha da çətinləşdirdiyini bildirib.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.