
ABŞ 2024-cü ildə müdafiə xərclərini 3,2 faiz artıraraq 842 milyard dollara çatdıracaq.
"Report" xəbər verir ki, bu, növbəti maliyyə ili üçün ABŞ federal büdcəsi layihəsində öz əksini tapıb.
Sənədə görə, 2024-cü maliyyə ilində müdafiə ehtiyacları üçün 842 milyard dollar ayrılması təklif edilir.
“Bu, 2023-cü illə müqayisədə 26 milyard dollar və ya 3,2 faiz çoxdur”, - büdcə layihəsində qeyd olunub.
Layihədə nüvə arsenalının modernləşdirilməsinə 37,7 milyard dolların ayrılması da öz əksini tapıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.