Martın 9-da Finlandiya Prezidenti Sauli Niiniste və amerikalı həmkarı Cozef Bayden Ukraynaya dəstək məsələsini müzakirə ediblər.
Bu barədə skandinaviyalı siyasətçi tviterdə bildirib.
“Bu gün Ağ evdə Prezident Baydenlə yaxşı və vacib söhbətimiz olub”, - tvitdə qeyd olunub.
S. Niiniste amerikalı dövlət başçısını liderliyinə və NATO-ya üzvlük prosesində Finlandiyaya güclü dəstəyinə görə təşəkkür edib.
“Biz həmçinin Ukraynaya dəstəyimizi müzakirə etdik”, - Finlandiyanın Prezidenti vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.