AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-nın müdafiə naziri Ostin: “İranın Rusiya ilə artan strateji tərəfdaşlığından narahatıq” - SON DƏQİQƏ

  • + A
  • - A
  • 10-03-2023, 02:39

    ABŞ-nın müdafiə naziri Ostin: “İranın Rusiya ilə artan strateji tərəfdaşlığından narahatıq” -



    Rusiya İranla raket və hava hücumundan müdafiə sistemləri vasitələri də daxil olmaqla, görünməmiş hərbi əməkdaşlığa başlayır.

    Bu barədə ABŞ-nin müdafiə naziri Lloys Ostin bildirib.

    “Biz xüsusilə İranın Rusiya ilə artan strateji tərəfdaşlığından narahatıq”, - Pentaqon rəhbəri qeyd edib.

    Onun sözlərinə görə, bu cür əməkdaşlığa İranın dronlarından Ukrayna ərazisində tətbiqi daxildir:

    “Son bir ildə Rusiyanın İranla hərbi əməkdaşlığı dərinləşib. Bu həmin region üçün ciddi problemlər yaradır. İran Ukraynada mühüm döyüş təcrübəsi əldə edir və bu təcrübə Yaxın Şərqdə Tehranın nəzarətində olan qüvvələrə veriləcək”.

    L. Ostin əlavə edib ki, Rusiya İrana misilsiz hərbi əməkdaşlıq, o cümlədən raketlər və hava hücumundan müdafiə sahəsində əməkdaşlıq təklif edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR