ABŞ prezidenti Co Bayden sələfi Donald Trampı ölkənin "gələcək prezidenti" adlandırıb.
AzadMedia.az xəbər verir ki, Bayden bu barədə Filadelfiyada keçirilən tədbirdə danışıb.
“Yəqin ki, xatırlayırsınız, mən bu vəzifə üçün mübarizə apararkən keçmiş prezident və ola bilsin ki, gələcək prezidentlə rəqabət aparırdım”, - o bildirib.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.