Baxmut ətrafında vəziyyət kritik həddə yaxınlaşır.
Bunu rusiyalı politoloq Sergey Markov deyib.
O bildirib ki, bütün analitiklər üçün gözlənilmədən bu kiçik şəhərcik hərbi əməliyyatların əsas nöqtələrindən birinə çevrilib:
“Baxmut ətrafında vəziyyət birmənalı deyil. Bir tərəfdən Rusiya qoşunları mühasirəni getdikcə daha da gücləndirir. İndi güclü atəşə tutulan Ukrayna Silahlı Qüvvələrinin nəzarətində yalnız bir yol qalıb. Və bu yolu “Vaqner” hər an kəsə, 10 minə qədər ukraynalı əsgər tələyə düşə bilər. Digər tərəfdən, mühasirəyə alınanları blokadadan çıxarmaq üçün Ukrayna ordusunun böyük bir qrupu, 40 minə qədər insanı cəmləşdirdiyi barədə məlumatlar var. “Vaqner”in cinahlarına zərbələr endirmək planlaşdırılır".
Qeyd edək ki, ötən gün “Vaqner” muzdlularının rəhbəri Priqojin Ukraynanın əlavə qüvvələr cəlb etdiyini, vəziyyətin çox pis olduğunu bildirmişdi.axaraz
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.