AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-da cinayətlərin sayı yüksək həddə çatıb - Federal Təhqiqat Bürosu

  • + A
  • - A
  • 14-03-2023, 09:17

    ABŞ-da cinayətlərin sayı yüksək həddə çatıb -


    Federal Təhqiqat Bürosu bazar ertəsi açıqladığı yenilənmiş hesabatında ABŞ-da nifrət zəminində cinayətlərin sayının 2021-ci ildə son 20 ildə ən yüksək səviyyəyə çatdığını bildirib.

    FBI ilkin olaraq 2021-ci il üçün nifrət zəminində 7262 cinayət hadisəsinin göstərildiyi illik hesabatını dekabr ayında açıqlayıb.

    Lakin hesabata Nyu York, Çikaqo və Kaliforniyadakı polis idarələri də daxil olmaqla, 4000-ə yaxın hüquq-mühafizə orqanlarının məlumatları daxil edilməyib.

    FBI o vaxtdan bəri ABŞ-da nifrət zəminində cinayətlərlər bağlı daha dolğun mənzərə əldə etmək üçün bütün ölkə boyu polis idarələrindən kifayət qədər əlavə məlumat aldığını bildirib.

    FBI açıqladığı bəyanatda bildirib ki, yenilənmiş hesabatında keçən il nifrət zəminində cinayətlərin sayının 11,6% artaraq 8120-dən 9065-ə yüksəldiyi göstərilir.

    Kaliforniyanın San Bernardino Dövlət Universitetinin “Nifrət və Ekstremizm Tədqiqatları Mərkəzi”nin direktoru Brayan Levinin sözlərinə görə, 9065 rəqəmi Federal Təhqiqat Bürosunun 1990-cı ildən nifrət zəminində cinayətlərlə bağlı məlumatları dərc etməyə başlamasından bəri son 20 ilin ən yüksək göstəricisi olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR