AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə, Rusiya və Suriya ilə dördtərəfli görüşdə iştirak etməyə hazırıq - İRAN

  • + A
  • - A
  • 14-03-2023, 16:33

    Türkiyə, Rusiya və Suriya ilə dördtərəfli görüşdə iştirak etməyə hazırıq -



    İran Türkiyə, Rusiya və Suriya ilə dördtərəfli görüşdə iştirak etməyə hazırdır, görüşün dəqiq tarixi ilə bağlı Moskvadan bildiriş gözləyirik.

    Bunu İran xarici işlər nazirinin köməkçisi Əli Əsgər Hacı deyib.

    Bildirib ki, “Dördtərəfli görüşün (xarici işlər nazirlərinin müavinləri) Moskvada keçiriləcəyi tarix hələ müəyyən edilməyib. Biz iştirak etməyə hazırıq və dəvət olunmuşuq, lakin görüşdə iştirak edən tərəf bu görüşün yekun təsdiq edilmiş tarixi barədə bizə məlumat verməlidir”.

    Qeyd edək ki, bundan əvvəl 4 dövlətin xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüşün martın 15-16-da Moskvada keçiriləcəyi bildirilmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR