AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran Azərbaycana qarşı növbəti təxribata əl atdı - Azərbaycanla sərhəddə hərbi marş

  • + A
  • - A
  • 15-03-2023, 11:24

    İran Azərbaycana qarşı növbəti təxribata əl atdı -




    İran Azərbaycana qarşı növbəti təxribata əl atıb. Belə ki, məktəb şagirdləri sərhədin sıfır nöqtəsinə gətirilib və onlar Azərbaycanla sərhəddə “Salam fərmandeh” hərbi marşını oxuyublar.

    Bu haqda “Azad İran” Teleqram kanalı görüntü paylaşıb.

    Dünən İranın Araz Azad İqtisadi bölgəsində təhsil alan şagirdlər Araz çayının sahilində üç iranlı əsgərin məzarı başına gətirilib və onlara sözügedən mahnı oxudulub.

    İran tarixində həmin əsgərlərin 1941-ci ilin sentyabrında “düşmən müdaxiləsinə qarşı” döyüşdüyü göstərilir.

    Qeyd edək ki, “Salam fərmandeh” mahnısı Xameneiyə həsr edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR