Donald Trampın qarşıdan gələn seçkidə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməsi Vaşinqtonun Kiyevə əlavə yardım göstərməsini çətinləşdirəcək.
Belə ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.
“Mən bunu geosiyasi fəlakət adlandırıram, çünki seçkiqabağı kampaniya zamanı onun təsiri dağıdıcı olacaq. ABŞ-da keçirilən sosioloji sorğuların nəticələri amerikalılar arasında Ukraynaya dəstəyin zəiflədiyini göstərir. Tramp prezidentliyə namizəd olarsa, bu proses sürətlənəcək. Onun ideyalarının Amerika cəmiyyətinin müəyyən hissəsi üçün cəlbedici olması faktının özü Amerika siyasətini yanlış istiqamətə yönəldəcək”, - o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.