Bu gün Rusiyanın paytaxtı Moskvada Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə keçirilməsi gözlənilən dördtərəfli toplantı ləğv edilib.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.
Sözügedən görüşün yeni tarixi açıqlanmasa da, niyə təxirə salındığı ilə bağlı məlumat paylaşılmayıb.
Digər tərəfdən, Kremlin sözçüsü Dmitriy Peskov Suriya prezidenti Bəşər Əsədlə prezident Rəcəb Tayyib Ərdoğanın bir araya gəlməsi üçün hələ çox hazırlıq və görüşlərin görülməli olduğunu bildirib.
Əsəd və Putin arasında aparılan danışıqlarda Suriya-Türkiyə münasibətlərinin yaxşılaşdırılması istiqamətində irəliləyişin olub-olmaması sualına cavab verən Peskov, Suriya-Türkiyə münasibətlərinin normallaşmasının Putin-Əsəd görüşündə müzakirə edilən məsələlərdən biri olduğunu qeyd edib.
oBəşər Əsədlə prezident Ərdoğanın bir araya gəlməsinin mümkün olub-olmaması ilə bağlı suala Peskv, “Belə bir görüşün baş tutması üçün işçi qruplarının bir sıra təmaslar etməsi lazımdır ki, onlar hazırda keçirilir. Bu işlər davam etdiriləcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.