“Səudiyyə Ərəbistanı və İranın Çinin vasitəçiliyi əldə etdikləri razılaşmalar Yaxın Şərqdəki strateji vəziyyəti ciddi şəkildə dəyişdirir”.
Bu fikri ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer səsləndirib.
99 yaşlı Kissincer Çinin son illərdə dünya nizamının yaradılmasında iştirakına toxunaraq qeyd edib ki, rəsmi Pekin Səudiyyə Ərəbistanı və İran razılaşmalarındakı rolu ilə bu istiqamətdə mühüm addım atıb.
ABŞ-nin keçmiş dövlət katibi qeyd edib ki, Çin Yaxın Şərqdə getdikcə daha mühüm rol oynayır.
İsrail tərəfinin Tehrana qarşı həyata keçirdiyi tədbirlərdən danışan Kissincer vurğulayıb ki, artıq Yerusəlim Tehrana təzyiq edən zaman Çinin maraqlarını nəzərə almalı olacaq.
Mənbə: The Washington Post
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.