Məhkəmə Pakistanın sabiq Baş naziri və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının sədri İmran Xanın həbsinə verdiyi orderi ləğv edib və onun işi üzrə dinləmələri martın 30-na keçirib.
Belə ki, hakim tərəflərə müzakirələrin növbəti iclasda davam edəcəyini bildirib və İmran Xana məhkəməyə gəlməyi əmr edib.
Bu qərar polisin məhkəmə binası qarşısında sabiq baş nazirin tərəfdarları ilə toqquşmasından sonra qəbul olunub. Hakim toqquşmalar fonunda iclas keçirməmək qərarına gəlib.
İmran xan hazırda Lahordakı iqamətgahına qayıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.