Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Hələb və Tel-Rıfat bölgəsində “maliyyə məsələləri üzrə nümayəndəsi” Mehmet Yıldırımı məhv edib.
Bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda terrorçunun Hələbin Şeyx Maqsud bölgəsində məhv edildiyi bildirib.
Yıldırım PKK-ya 1986-cı ildə qatılıb, Türkiyə və İraqda bir çox terror aktının təşkilatçısıdır. Terrorçu 2015-ci ildən Suriyada terror təşkilatının maliyyə məsələləri ilə bağlı fəaliyyət göstərirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.