BMT-nin çərşənbə günü dərc etdiyi hesabata görə, dünya əhalisinin təxminən 26%-i təmiz və təhlükəsiz içməli sudan, 47%-i əsas kanalizasiya xidmətlərindən məhrumdur.
Hesabatda deyilir ki, planetin bütün sakinlərinin təmiz su və kanalizasiya ilə təmin olunması üçün hər il 600 milyard dollardan 1 trilyon dollara qədər vəsait ayrılmalıdır.
Bildirilir ki, dünya su istehlakı son 40 ildə təxminən 1% artıb. Eyni zamanda, təxminən 4 milyard insan ildə ən azı bir ay kəskin su çatışmazlığı şəraitində yaşayır. Bu tendensiya növbəti 30 il ərzində də davam edəcək.
Xatırladaq ki, 1993-cü ildən etibarən martın 22-də BMT-nin təşəbbüsü ilə Ümumdünya Su Günü qeyd edilir.
Mənbə: aif.ru
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.