AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsraillə əməkdaşlıqda ittiham olunan 5 nəfər ölüm cəzasına məhkum edilib - İran

  • + A
  • - A
  • 24-03-2023, 01:15

    İsraillə əməkdaşlıqda ittiham olunan 5 nəfər ölüm cəzasına məhkum edilib -


    İranın şimal-qərbində yerləşən Urmiyə şəhərində beş iranlı - dörd kişi və bir qadın İsraillə kəşfiyyat əməkdaşlığı və casusluq fəaliyyətində ittiham olunaraq, ölüm cəzasına məhkum edilib.

    İranın kürd bölgələrində insan haqları pozuntularını izləyən Norveçdəki "Hengaw" qrupu edam cəzasına məhkum edilənlərdən birinin İrandakı "Mossad" agentləri tərəfindən dindirilməsi keçən il qəzet başlıqlarına çıxan Mansur Rəsulinin olduğunu bildirib.

    Xəbərdə deyilib ki, bu iş üzrə azı 5 nəfər uzun müddətə azadlıqdan məhrum edilib.

    Keçən il İsrail mediası "Mossad" təhlükəsizlik xidmətinin agentlərinin İran daxilində İslam İnqilabı Keşikçiləri Korpusunun bir üzvünü ələ keçirərək, sorğu-sual etdiklərini xəbər vermişdi.

    Daha sonra özünü Rəsuli kimi təqdim edən şəxsin bu ölkənin İstanbuldakı konsulluğunda işləyən İsrail diplomatına, həmçinin Almaniyada yerləşən ABŞ generalına və Fransada bir jurnalistə sui-qəsd təşkil etmək istədiyini etiraf etdiyi video yayılıb.

    İran və İsrail illərdir davam edən kölgə müharibəsi aparır. Son illər gərginlik xeyli artıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR