MHP sədri Dövlət Bahçeli 14 May seçkilərində Xalq Alyansına dəstək verəcəyini açıqlayan HÜR DAVA Partiyasının (HUDA PAR) Hizbullah ilə əlaqələri olması ilə bağlı iddiaları rədd edib.
“Hizbullah”ın 2000-ci ildəki əməliyyatları ilə “militanlar və təşkilat lideri zərərsizləşdirildi” deyən Bahçeli, “Hizbullah terror təşkilatı ilə HÜR DAVA Partiyası arasında heç vaxt dəqiq bir əlaqə olmayıb və bu çərçivədə, indiyədək heç bir inandırıcı və əsaslandırıcı bir məlumat olmayıb”, deyib.
Qeyd edək ki, MHP sədri Dövlət Bahçeli “Son günlər HÜR DAVA Partiyasının ətrafında cəmləşən və təzahür edən Milliyətçi Hərəkat Partiyasını hədəf alan virtual müzakirələri, məqsədyönlü polemikaları, əsassız və əxlaqsız ittihamları diqqətlə izləyirik” deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.