Uqledar istiqamətinə komandanlıq edən rusiyalı general-polkovnik Rüstəm Muradov Ukraynadakı Rusiya qoşunlarının "Şərq" qrupunun komandanı vəzifəsindən uzaqlaşdırılıb.
AzadMedia.az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya hərbi dairələrinə yaxın Teleqram kanalları məlumat yayıb.
Məlumat hələlik rəsmən təsdiqini tapmayıb.
Xatırladaq ki, 50 yaşlı hərbçi 2020-ci ilin noyabrından 2021-ci ilin sentyabrınadək Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.