AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ və NATO Rusiyanı Ukraynaya qarşı təcavüzdə ittiham edir, lakin.. - RF-nın Təhlükəsizlik Şurasının katibi

  • + A
  • - A
  • 27-03-2023, 12:12

    ABŞ və NATO Rusiyanı Ukraynaya qarşı təcavüzdə ittiham edir, lakin.. -



    ABŞ və NATO Rusiyanı Ukraynaya qarşı təcavüzdə ittiham edir, lakin onlar özləri çox konkret məqsədləri ilə münaqişədə birbaşa iştirak edirlər.

    Belə ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

    “NATO Ukraynadan bir böyük hərbi düşərgə salıb. Hərbi blok Ukrayna qoşunlarına silah və sursat göndərir, onları peyk və xeyli sayda PUA sayəsində kəşfiyyat məlumatları ilə təmin edir. NATO təlimatçıları və məsləhətçiləri Ukrayna hərbçilərinə təlim keçir, muzdlular isə Ukrayna silahlı birləşmələrinin tərkibində döyüşürlər”, - Patruşev bildirib.

    O, həmçinin iddia edib ki, Qərb Rusiya məğlub olana qədər bu münaqişəni dayandırmaq niyyətində deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR