Moskva rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını BCM-nin Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız orderləri fonunda tamamilə qəbuledilməz hesab edir.
Belə ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Bildirilib ki, Ermənistanın sözügedən istiqamətdə atacağı addımlar ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək.
Qeyd edək ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının ölkənin əsas qanunlarına uyğun olduğu barədə qərar verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.