İsrailin baş naziri Benyamin Netanyahu məhkəmə islahatları haqqında qanunun qəbulunu yaya qədər təxirə salıb. Azadmedia.az xəbər verir ki, bu barədə İsrailin Kan radiostansiyası məlumat yayıb.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin başçılıq etdiyi “Yəhudi Gücü” partiyasının parlamentdə məhkəmə islahatlarının təsdiqini yay sessiyasına qədər təxirə salmaq barədə koalisiya məsləhətləşmələrindən sonra qərarı açıqladığı bildirilir.
Kanın sözlərinə görə, İsrailin baş naziri yeni güc strukturunun - Milli Təhlükəsizlik Nazirliyinin nəzarətində olacaq Milli Qvardiyanın yaradılmasına razılıq verib.
Daha əvvəl bildirilmişdi ki, Knessetin Konstitusiya, qanunvericilik və ədliyyə komitəsi hakimlərin təyinatı üzrə komissiyanın tərkibində dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsini yekun oxunuşlar üçün təsdiqləyib.
Xatırladaq ki, martın 26-da İsraildə məhkəmə islahatlarına qarşı kütləvi etirazlar başlayıb - 600 mindən çox insan küçələrə çıxıb. Qanunvericilikdə islahat ondan irəli gəlir ki, parlament çoxluğu Nazirlər Kabinetinin qərarlarını ləğv etmək hüququnu itirəcək Ali Məhkəmənin hakimlərini seçə biləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.