ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel deyib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi bunu dəfələrlə bəyan edib ki, birbaşa dialoq problemi həll etmək və davamlı sülhə nail olmaq üçün vacibdir.
"Biz Ermənistan və Azərbaycan arasında ikitərəfli, eləcə də tərəfdaşlarla və həmçinin çoxtərəfli təşkilatlar çərçivəsində müzakirələrə köməyi davam edəcəyik", - Vedant Patel söyləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.