İsrailin sərhəd bölgələri, həm də Qolan yaxınlığındakı İran qüvvələri bir çox problemlərlə üzləşib.
Belə ki, bu sözləri briqada generalı Rəhim Ağdam SEPAH rəhbərliyinin məxfi toplantısında deyib.
O bildirib ki, bir tərəfdən İsrailin bu əraziləri fasiləsiz havadan bombardman etməsi, digər tərəfdən də İranın bu bölgədəki müttəfiq qüvvələrinə təchizat çatdırılmaması, eləcə də İran qüvvələrinin ideoloji və ailə problemləri bu ərazilərdə bəzi əməliyyat və kəşfiyyat imkanlarının zəifləməsinə səbəb olub.
General etiraf edib ki, İsrail qüvvələrinin əməliyyat planları, hazırlıqların, əməliyyat tələləri və əməliyyatların məlumat və kodlarını əldə etməsi bu bölgələrdə İranın gücünü azaldıb:
“İsrail qüvvələrinin son beş əməliyyatda qabaqlayıcı tədbirləri bizə göstərdi ki, qüvvələrimizdə ruh düşkünlüyü mövcuddur. İran qüvvələri İsrail sərhədlərində qalmaq istəmir. Bu isə onları ağlasığmaz yollara sövq edir. Maddi maraq qarşılığında məlumatlar satırlar. Gündəlik və həftəlik müharibələrdə iştirak etməyə istəksizdirlər. Onlarda həm də ciddi yorğunluq müşahidə olunur”.
General etiraf edib ki, hərbi qüvvələrdə ruh düşkünlüyü var və bu, çox təhlükəlidir.
Qeyd edək ki, SEPAH generallarının məxfi toplantısı ilə bağlı hakerlərin ələ keçirdiyi material saytımızda tam formada dərc edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.