İran hökuməti ölkədə baş verən 6 aylıq etiraz aksiyalarından sonra paytaxtda polis qüvvələrinin sayının artırılması ilə bağlı yeni proqram həyata keçirmək niyyətində olduğunu bildirib.
Bu barədə İran Polis Qüvvələrinin xüsusi təyinatlı bölməsinin komandanı Həsən Kərəmi məlumat verib.
O, son etiraz nümayişlərinə toxunaraq, növbəti aksiyaların qarşısının vaxtında alınması məqsədi ilə Tehranın 400 nöqtəsini əhatə etmək üçün polisin sayının ikiqat artırılmasının vacibliyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.