"Ermənistan Dağlıq Qarabağa hərbi nəqliyyat həyata keçirmir".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib.
Baş nazirin sözlərinə görə, Azərbaycan yeni nəzarətə götürdüyü 2054 metrlik yüksəklikdən Xankəndini bir neçə kənd vasitəsilə Ermənistanla birləşdirən torpaq yolu birbaşa müşahidə altına alıb.
Paşinyan qeyd edib ki, Ermənistan Qarabağa hərbi nəqliyyat daşımır: "Ermənistanın Dağlıq Qarabağda ordusu yoxdur".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.