AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zaxarova: "Ermənistan-Azərbaycan nizamlanması məsələlərində Bakı və İrəvanı dinləmək vacibdir"

  • + A
  • - A
  • 30-03-2023, 21:12

    Zaxarova: "Ermənistan-Azərbaycan nizamlanması məsələlərində Bakı və İrəvanı dinləmək vacibdir"

    Ermənistan-Azərbaycan nizamlanması məsələlərində heç vaxt vasitəçi olmayan və heç bir əməli nəticə əldə etməyənlərdən deyil, Bakıdan və İrəvandan eşitmək vacibdir. Azadmedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

    “Biz eşitməliyik, dinləməliyik və iki ölkənin maraqlarına uyğun hərəkət etməliyik. Biz başa düşürük ki, ifrat eskalasiya dövrləri var, lakin tərəflər razılığa gələ bilərlər, əsas odur ki, onlar üçün müvafiq baza yaradaq və bu qarşılıqlı anlaşmanı təşviq edək”, - Zaxarova bildirib.

    Onun sözlərinə görə, Brüsseldə onlar Ermənistanla Azərbaycan arasında etimad və yaxınlaşma yaratmaqda maraqlı deyillər və “özlərinin düşünməmiş və vicdansız fəaliyyətləri ilə” yalnız tərəflər arasında ziddiyyətləri qızışdırırlar. Bakı ilə İrəvan arasında münasibətlərin yaxşılaşdırılmasının alternativsiz əsası Rusiya Federasiyasının vasitəçiliyi ilə imzalanmış sənədlərdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR