AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Trampa qarşı ittiham irəli sürülüb - Nyu-York məhkəməsi

  • + A
  • - A
  • 31-03-2023, 12:23

    Trampa qarşı ittiham irəli sürülüb -


    Nyu-Yorkda böyük münsiflər məhkəməsi keçmiş prezident Donald Trampa 2016-cı il prezident seçkisi kampaniyası zamanı porno ulduz Stormi Danielsə pul ödəməklə əlaqədar ittiham irəli sürüb.

    Bu çox gözlənilən ittihamlar, Trampın 2020-ci ildə məğlub olandan sonra yenidən Ağ Evə namizədliyini irəli sürdüyü bir vaxta təsadüf edir və bununla da o, ittiham irəli sürülən həm yeganə keçmiş prezident, həm də prezidentliyə namizəd olur.

    Trampa qarşı ittihamların təfərrüatları məlum deyil, çünki ittiham aktı hələ ki, açıqlanmayıb. Ancaq onlar Manhetten dairə prokurorunun Trampın ozamankı vəkili Mayk Kohenin Danielsə onun Trampla iddia olunan cinsi münasibəti ilə bağlı səssiz qalması üçün edilən 130 min dollarlıq ödənişlə əlaqədar araşdırmasından irəli gəlir.

    Kohen ödənişi Trampın göstərişi ilə etdiyini və daha sonra Trampın daşınmaz əmlak şirkəti olan “Trump Organization” tərəfindən “hüquqi” xidmətlərə görə kompensasiya edildiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR